AZ

“COP29 SİYASİ HÜCUMLAR ARENASI DEYİL” - Mehriban Əliyevanın birinci xanımların iştirakı ilə keçirilən konfransdakı çıxışı, VİDEO

Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda konfrans təşkil olunub.

Korrespondent.az xatırladır ki, konfransda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak ediblər.

Tədbirin əsas məqsədi Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etməkdir.

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan konfransda çıxış ediblər.

Sonra Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva çıxış edib. 

O qeyd edib ki, “Bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı Qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik”.

Azərbaycanın birinci xanımının sözlərinə görə, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib.

Mehriban Əliyevanın çıxışını təqdim edirik:

Seçilən
4
4
korrespondent.az

10Mənbələr