AZ

Qazaxıstan sahillərində ilk dəfə mindən çox ölü suiti tapılıb

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahillərində mindən çox ölü suiti aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində ölkənin Hidrobiologiya və Ekologiya İnstitutunun direktoru Mirqali Baymukanov bildirib.

Onun sözlərinə görə, mütəxəssislər ilk dəfədir ki, bu qədər ölü suiti qeydə alıblar. Hazırda alimlər suitilərin kütləvi tələf olma səbəbini müəyyənləşdirirlər: “Ola bilsin ki, bu hal davam edəcək. Sentyabrın sonundan indiyədək suitilər aşkar edilib. Heyvanların ölüm səbəblərini hələ də dəqiq açıqlamaq mümkün deyil. Tələfatın səbəbini tapmaq üçün çoxlu sayda tədqiqatlar aparmaq lazımdır. Bunun səbəbləri çirklənmə, seysmik fəaliyyət şəklində təbii fəlakətlər ola bilər. Heyvanlarda ölümlə nəticələnə biləcək virusların olub-olmadığını öyrənəcək virusoloqlar da öz sözünü deməlidirlər”.

O qeyd edib ki, ölmüş suitilərin kiçik bir hissəsində zədələnmə əlamətləri var, lakin mütəxəssisin fikrincə, bu, ölüm səbəbləri barədə nəticə çıxarmağa əsas vermir.

Seçilən
13
9
nocomment.az

10Mənbələr