AZ

"COP29 ən yüksək səviyyədə təşkil olunub"- Sadır Japarov

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı və keçirilməsini yüksək qiymətləndirib. 

Bu barədə Qırğızıstan Prezidenti COP29-un təşkilat səviyyəsi ilə bağlı suala cavabında bildirib.  "Çox yaxşı, ən yüksək səviyyədə", - S.Japarov vurğulayıb. 

Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov xanımı Aygül Japarova ilə birlikdə noyabrın 11-də COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. 

Qırğız Respublikasının birinci xanımı Aygül Japarova noyabrın 12-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın himayəsi altında COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda iştirak edib.

Seçilən
6
14
news365.az

10Mənbələr