AZ

"Bayern Münhen" yayda bu futbolçularını satmaq istəyir

"Bayern Münhen" cari mövsümün sonunda üç futbolçusunu satmaq haqda düşünür.

Fanat.Az xəbər verir ki, məlumatı "Bayern & Germany" yayıb.

Xəbərə görə, Münhen təmsilçisi Leroy Zane, Kinqsli Koman və Serj Qnabri ilə vidalaşmağa hazırdır. Mənbə Almaniya nəhənginin vəziyyətdən asılı olaraq yayda bu vingerlərdən ən azı birini və ya ikisini satacağını vurğulayıb. Sözügedən futbolçuların ümumi maaşlarının məbləğinin 60 milyon avro olduğu və klub idarəçilərinin əməkhaqqılara xərclənən pulları azaltmağı hədəflədikləri bildirilib.

Qeyd edək ki, 10 oyuna 26 xal toplayan "Bayern" hazırda Bundesliqanın turnir cədvəlinə başçılıq edir.

Nihat

Seçilən
5
fanat.az

1Mənbələr