AZ

Banqladeş hökumətinin başçısı: Əczaçılıq şirkətləri sosial biznes şirkətləri olmalıdır

“İndiki dövrdə əczaçılıq şirkətləri, qazanc əldə edən şirkətlər deyil, sosial biznes şirkətləri olmalıdır”.

APA xəbər verir ki, bunu Banqladeşin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunus deyib.

O bildirib ki, bütün dünyada insanlar əziyyət çəkirlər: “Bəzi ölkələrin peyvənd almaq imkanı yoxdur. Peyvəndlərin 80%-i 10 ölkəyə göndərilir. 10 ölkənin kimlər olduğunu bilirsiniz. Ona görə də dedim ki, biznes və sağlamlıq mənfəətə görə qarışıq bir problemə çevrilir. Bütün əczaçılıq şirkətlərini sosial biznes şirkətlərinə çevirməliyik. Yəni bu şirkətlər pul qazanmaq üçün olmasın. Bu şirkətlər insan həyatının xilasına həsr edilməlidir. Dedilər ki, bunu etmək mümkün deyil. Həyatımız boyu ölkəmiz sosial bizneslə məşğul olub və bu, bütün dünyaya yayılmaqdadır”.

O qeyd edib ki, bir qəpiklik dərman bazarda dollara satılmamalıdır: “İnsanlar bunu ödəyə bilməlidir. Əlverişlilik və texnologiya çox vacibdir. Dərmanlar daha çox pul xərclənməsi üçün fırıldaqçılığa çevrilir. Və heç kim bu barədə heç nə demir. Buna etiraz edəcək heç bir tənzimləyici orqan yoxdur".

Seçilən
23
apa.az

1Mənbələr