AZ

COP29 çərçivəsində "Troyka"nın Yüksək Səviyyəli Dialoqu baş tutub (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəlidialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün YolXəritəmiz” adlı konfrans baş tutub.

Trend xəbərverir ki, COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbiisərvətlər naziri Muxtar Babayev konfrans iştirakçılarınamüraciətində qeyd edib ki, Azərbaycanın COP29-da sədrliyi iqlimləbağlı fəaliyyətin təşviqinə, nəinki Paris Sazişində qarşıyaqoyulmuş məqsədlərə nail olunmasının təmin edilməsinə, həm dəonların həyata keçirilməsinin sürətləndirilməsinə yönəlib.

Müraciəti Azərbaycan Respublikası xarici işlər nazirininmüavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev oxuyub.

"Birlikdə, COP28, COP29 və COP30 liderləri olaraq, biz iqlimdəyişikliyi ilə bağlı aktual çağırışa qlobal reaksiyaya rəhbərliketmək öhdəliyimizdə həmrəyik. COP29-a sədrlik etmək bütünölkələrimiz üçün həm imtiyaz, həm də əhəmiyyətli bir məsuliyyətdir.Bizim vizyon iddialı, ədalətli və dürüstdür, qətiyyətli fəaliyyətintəcili ehtiyacına söykənir.

Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elanedib ki, bu da qlobal çağırışların yalnız birgə səylər vəmissiyanın dəstəyi ilə aradan qaldırılmasına inamımızı əks etdirir.Həmrəylik sadəcə bəyannamə deyil, bizim üçün rəhbər prinsipdir.

Azərbaycanın COP29-da sədrliyi iqlimlə bağlı fəaliyyətdəirəliləyişə nail olmaq, nəinki Paris Sazişində müəyyən edilmişməqsədlərə nail olunmasını təmin etmək, həm də onların həyatakeçirilməsini sürətləndirmək məqsədi daşıyır", - o bildirib.

Braziliyanın ətraf mühit və iqlim dəyişiklikləri naziri MarinaSilva bildirib ki, Braziliya iqlim maliyyəsinin konkret həllininCOP29-un əsas nəticələrindən biri olacağına ümid edir.

"BƏƏ-də əldə edilən konsensus, Missiya 1.5-in yol xəritəsinihazırlamaq üçün vasitə kimi "Troyka"nı təsis etdi. Bizim əsasməqsədimiz qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqvə qlobal dayanıqlığı gücləndirmək hədəflərini əlçatan səviyyədəsaxlamaqla, beynəlxalq əməkdaşlığı gücləndirmək və Milli Müəyyənedilmiş Töhfələrin növbəti raundunda ambisiyalarıyüksəltməkdir.

İqlim fövqəladə halının reallığı bütün qitələrdə hiss olunur.Xüsusilə dünyanın ən böyük emissiyaçıları arasında ambisiyalarıartırmaq və bunu həyata keçirmək üçün lazımi vəsaitləri səfərbəretmək təcilidir.

Bununla belə, bizim daha çox maliyyələşdirməyə ehtiyacımız var,texnologiyaya çıxışımız lazımdır və biz inkişaf etmiş ölkələriinkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə dəstək verməyəçağırırıq", - o bildirib.

COP28 Baş Direktorunun müavini Adnan Amin bildirib ki, COP28 vəCOP30 arasındakı üç illik dövr Paris Sazişinin məqsədlərinə nailolub-olmayacağımız baxımından həlledici olacaq.

"Düşünürəm ki, “Troyka”nın nə üçün yaradıldığını xatırlamağadəyər. Aydındır ki, COP28 və COP30 arasındakı bu üç illik dövrParis Sazişinin məqsədlərinə nail olub-olmayacağımız və Dubaydahamımızın razılaşdığımız "Şimal Ulduzu"muza nailolub-olmayacağımız, yəni 1,5 dərəcə hədəfinə çata biləcəyimizdəhəlledici olacaq", - o bildirib.

Öz növbəsində, Azərbaycan Respublikası xarici işlər nazirininmüavini və COP29-un baş müzakirəçisi Yalçın Rəfiyev qeyd edib ki,“Troykanın” rəhbərliyi ilə biz hamı üçün davamlı, bərabər vətəhlükəsiz gələcəyə yol aça bilərik.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri(COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30)daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29
COP29
COP29
Məqalədə:
Seçilən
28
4
az.trend.az

5Mənbələr