Bakı. Trende:
Gözləntilərimiz Paris məqsədlərinə uyğunlaşmaq üçün 2030-cu iləqədər emissiyaları 43% azaltmaqdır.
Trend xəbər verir ki, bunuCOP28-in baş icraçı direktoru Adnan Amin Bakıda COP29 çərçivəsindəkeçirilən "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaqrifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlıtədbirdə deyib.
O bildirib ki, uyğunlaşma və dayanıqlılıq üzrə ardıcıl tədbirlərgörülməlidir və bu, maliyyə ilə dəstəklənməlidir.
“Dubayda ilk dəfə qəbul etdiyimiz BƏƏ konsensusu təsirlərinyumşaldılması üzrə konkret, hədəf yönümlü nəticəni özündə əksetdirib. COP29 Dubayda razılaşdırdığımız məqsədlərə çatmağa imkanverən çərçivəni, maliyyələşdirməni və həyata keçirmə vasitələrinihəll edəcək.
“Troyka” olaraq bizim üç sədrliyimiz əsas məsələri müzakirəetmək üçün aktiv səy göstərirlər”, - deyə COP28-in baş icraçıdirektoru əlavə edib.
O bildirib ki, BƏƏ konsensusunda yer alan hədəflərə nail olmaqmümkün olsa bu, dünyanı on ilin sonuna qədər tələb edilənyumşaldılmanın üçdə ikisinə çatdıracaq.
Adnan Amin bunun üçün maliyyənin tələb olunduğunu deyib:
“Biz maliyyəni daha əlçatan etməyə kömək edən İqlim Maliyyəsiüzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə sahib olmalıyıq. Biz eynişəkildə yumşaldılma tələblərimizi həll etmək və BƏƏ-ninMüəyyənləşdirilmiş Milli Töhfələrinə (MMT) uyğunlaşdırılmışambisiya səviyyəsini sürətli şəkildə artırmaq üzərində işləyirik.Mən bilirəm ki, bir çox tərəfdaşlar, xüsusən də Azərbaycan bunanecə töhfə verə biləcəyini nəzərdən keçirir. Buna görə də biznümunə olmaq istəyirik” .
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.