AZ

"Mançester Siti"ni bu kluba dəyişir

"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qrilişin gələcəyi qeyri-müəyyən olaraq qalır.

90deqiqe.Az-ın “Football Insider”ə istinadən məlumatına görə, 29 yaşlı futbolçunun xidmətində "Tottenhem" maraqlıdır.

London klubu ingilis yarımmüdafiəçini potensial transfer hədəfinə daxil edib.

 İngilis futbolçu ardıcıl ikinci mövsümdür zədələrdən və fitnes problemlərindən əziyyət çəkir və buna görə də "Siti"nin əsas heyətində nadir hallarda meydana çıxır. 

Qeyd olunur ki, “Mançester Siti” heyətlə bağlı kadr problemi səbəbindən Qrilişi yanvarda satmayacaq, ona görə də futbolçunu öz sıralarına çəkmək istəyənlər yaya qədər gözləməli olacaqlar.

Seçilən
1
1
90deqiqe.az

2Mənbələr