AZ

Döyüşə aşpazlar gedir - "Financial Times"

Ukrayna Silahlı Qüvvələri əsgər çatışmazlığı səbəbindən həkim və aşpazları da piyada kimi cəbhə xəttinə göndərir. Bu barədə “Financial Times” Ukrayna hərbi bölmələrinin iki komandirinə istinadən yazıb.

“Şərq cəbhəsindəki iki bölük komandiri həkimlər də daxil olmaqla, ixtisaslı kadrların əvvəllər piyadaların tərkibinə göndərildiyini söylədi”, - nəşr yazıb.

Məqalədə həmçinin Ukrayna Silahlı Qüvvələrinin qondarma Donetsk Xalq Respublikası və Kursk vilayətində geri çəkilməsinin yaxın gələcəkdə qaçılmaz olduğu vurğulanıb. Qeyd olunur ki, bu istiqamətlərdə Rusiya qüvvələri Ukrayna hərbçilərinin sayını ən azı altı dəfə üstələyir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
17
news365.az

1Mənbələr