COP29 iqlim məsələlərinin həllində və konkret tədbirlərin həyata keçirilməsində irəliləyişə nail olmağa kömək edəcək...
Poliqon xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolin COP29-un kuluarlarında jurnalistlərə bildirib.
"Bu, Azərbaycana ikinci səfərimdir. Əvvəlki səfərim bir il yarım bundan əvvəl baş tutub. Mən COP29 konfransının təşkili səviyyəsinə heyranam", - o qeyd edib.
Dövlət katibinin sözlərinə görə, iqlim böhranı müasir dünyanın ən vacib problemlərindən biridir. "Təəssüf ki, bu problemin həlli ilə bağlı tədbirlər çox ləng görülür. Əminəm ki, COP29 iqlim məsələlərinin həllində və konkret tədbirlərin həyata keçirilməsində irəliləyişə kömək edəcək", - P.Parolin əlavə edib.
Poliqon.info