AZ

Malayziyanın Enerji Keçidi Nazirliyinin baş katibi: Malayziya Azərbaycanla əməkdaşlığı yeni səviyyəyə çıxarmağa hazırdır

Malayziyanın Enerji Keçidi və Su Transformasiyası Nazirliyinin baş katibi Mad Zaidi bin Mohd Yusof Azərbaycanla əməkdaşlığa açıq olduqlarını bildirib.

AZƏRTAC-a verdiyi müsahibəsində o, iki ölkə arasında hər hansı birgə əməkdaşlıq təşəbbüsünü alqışladığını və bunun üçün müxtəlif sahələr üzrə Azərbaycan və Malayziya mütəxəssisləri arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

Azərbaycanı ikinci dəfə ziyarət etdiyini deyən baş katib ölkəni gözəl və turizm potensialını yüksək qiymətləndirib. O, Azərbaycanda böyük inkişafın baş verdiyini və bunun turizm sahəsində yüksək səviyyəyə çatmaq üçün böyük imkanlar yaratdığını da əlavə edib.

Seçilən
17
yeniazerbaycan.com

1Mənbələr