AZ

Səsimizi dünyaya çatdırmaq imkanına görə Azərbaycana və COP29 platformasına təşəkkürümüzü bildiririk - Rhoda Arindell

“Karib dənizi sahillərində yerləşən Niderland və Fransa müstəmləkəsi olan 37 kvadratkilometrlik Sint Martin adasından gəlmişəm. Karib sahilində yaşayan insanları həm hollandlar, həm fransızlar Avropadan idarə edir. Biz bura Bakının dəvəti ilə müstəmləkəçiliklə bağlı reallıqlarımızı dünyaya çatdırmaq üçün gəlmişik və qarşılaşdığımız qonaqpərvərlikdən məmnunuq.”

Bu fikirləri “One Sint Martin” Assosasiyasının prezidenti Rhoda Arindell jurnalistlərə müsahibəsində deyib.

R. Arindell bildirib ki, Niderland krallığı, Fransa dünyada artıq koloniyanın qalmadığını,müstəmləkəçiliyin bitdiyini bağırsa da, reallıq gördüyümüz kimi belə deyil: “Məsələn, biz Sint Martin əhalisi qasırğadan qorunmaq üçün öz müdafiəmizi özümüz təşkil edə bilmədik. Biz Niderland və Fransanın verəcəyi qərarlardan asılı qaldıq. Onlar isə çox vaxt təəssüf ki, Karib xalqının mənafeyini əks etdirən qərarlar vermirlər.”

“One Sint Martin” Assosasiyasının prezidenti vurğulayıb ki, hazırda COP29 tədbirində iştirakımızdan çox şadıq, çünki qlobal istiləşmə və digər dəyişikliklərdən birbaşa təsirlənən xalqıq: “Son zamanlar qasırğalarla daha sıx qarşılaşırıq. Zərərlər böyük olur və bizim müstəmləkə statusumuza görə bərpa da uzun zaman aparır. Biz burada iştirakımıza, səsimizi dünyaya çatdırmaq imkanımıza görə Azərbaycan xalqına və COP 29 platformasına təşəkkürümüzü bildiririk.

Düzünü desəm, müstəmləkəçiliklə bağlı verilən suala görə çox sevindim. Biz öz səsimizi eşitdirəndə, dərdimizi deyəndə Fransa və Niderland “öz daxili işləridi” deyə bildirir. Ona görə də, bizim səsimizi duyurmağa çox da imkanımız olmur. Sint Martinin əhalisinin yarısı fransız, yarısı holland milliyəti olsa da, biz bir xalqıq. Bütün dünyada Karib sahilləri ən    müstəmləkə ərazi sayıla bilər və ərazilər çoxu da Niderland və Fransa müstəmləkəsidir.”

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
6
1
ikisahil.az

2Mənbələr