AZ

"Naxçıvanı dəmir yolu ilə Bakıya birləşdirəcəyik" - İran rəsmisi

"Azərbaycanla bağlanan müqavilələrdən biri də İran ərazisində və Araz çayının cənub hissəsində dəmir yolunun tikintisidir. Naxçıvanı dəmiryolu ilə Bakıya birləşdirəcəyik". 

"AzPolitika" xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Dəmiryolları Təşkilatının rəhbəri Cabbarəli Zakeri deyib.

Nazir müavini tikinti xərclərini Azərbaycanın qarşılayacağını bildirib:“Müqavilələrin dərhal həyata keçirilməsi üçün Azərbaycan tərəfi Ağbənddə birgə körpü inşa edir. Bu körpüdə həm dəmir yolu, həm də avtomobil yolu nəzərdə tutulub və xoşbəxtlikdən layihə icra olunur. Azərbaycanla əldə olunan razılaşmaların ikinci hissəsinə İran ərazisində və Arazın cənubunda dəmir yolunun tikintisi daxildir”.

 Onun sözlərinə görə, Naxçıvandan açıq sulara daşınan yüklərin dəmir yolu ilə Bakıya çatdırılmasına ehtiyacı var və yüklər Azərbaycan Astarasından İran Astarasına daşınacaq və bu da Şimal-Cənub dəhlizinin gücləndirilməsinə öz töhfəsini verəcək.

"AzPolitika.info"

Seçilən
5
1
azpolitika.info

2Mənbələr