AZ

FİFA VAR sisteminiə alternativ FVS adlı sistem təqdim etməyi planlaşdırır

ESPN (Amerika beynəlxalq əsas kabel idman kanalı) xəbər verir ki, FİFA VAR sisteminiə alternativ FVS (Futbol Video Dəstəyi) adlı sistem təqdim etməyi planlaşdırır.Bu barədə qurumun Hakimlər Komitəsinin sədri Pyerluici Kollina kanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, bununla bağlı bəzi yerli federasiyalarla müzakirə aparılıb, problem yaranmayıb və müsbət cavab alınıb. Kollina deyib ki, məsələ ilə əlaqədar ilkin hesabat hazırlanaraq tezliklə müzakirə edilməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) təqdim ediləcək.

Kollina bildirib ki, bu, VAR sistemi deyil. O bildirib ki, bunun VAR-ın olmadığı, çəkilişlərin 4 kamera ilə aparıldığı liqalarda tətbiqi nəzərdə tutulur.

Rəsmi video köməkçi hakimin nəzarət etdiyi ənənəvi VAR-dan fərqli olaraq, FVS yalnız məşqçilərə səhv hesab etdikləri epizodlara görə həmin texnologiyaya 2 dəfə müraciət etmək imkanı verir.

Bu halda hakim epizodu meydança yaxınlığında quraşdırılan xüsusi monitorda müstəqil şəkildə izləyir. VAR-dan fərqli olaraq, FVS-də istənilən kadrları seçən video köməkçilər, həm də texnoloji imkanlar yoxdur. Səhv barədə əvvəlcədən xəbərdarlıq etmədən ilkin qiymətləndirmənin düzgün olub-olmadığına yalnız hakim özü qərar verir.

“Məsələn, stadionda düzgün yerləşdirilmiş kameralar olmadan oyundankənar vəziyyətlərdə yalnız açıq-aydın görünən ofsayd nəzərə çarpacaq. Ona görə də hakimin özünün yekun qərarı çox vacib olaraq qalır”, - deyə Kollina bildirib.

Bu sistem artıq qadınlar arasında U-20 və U-17 dünya çempionatları zamanı istifadə olunub. FİFA sistemi digər yarışlarda da sınaqdan keçirə biləcəyinə ümid edir.

"Biz prosesin başlanğıcındayıq və FIFA U-20 və U-17 qadınlararası dünya çempionatından əldə etdiyimiz təcrübəni diqqətlə təhlil edəcəyik, lakin indiyədək gözlənilməz heç nə müşahidə etməmişik. Artıq FİFA-ya üzv olan bir sıra assosiasiyalar bu tədqiqatda iştirakda maraqlı olduqlarını bildiriblər,”- Pyerluici Kollina bildirib.

Almaz Həsənli

Seçilən
12
9
oxumeni.az

10Mənbələr