Almaniya 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin Türkiyəyə satışına icazə verib.
“Poliqon” xəbər verir ki, bunu TV100 televiziya kanalına müsahibəsində Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.
Y.Güler əvvəlcə ABŞ-dan yeni F-16 “Viper” döyüş təyyarələrinin alınması ilə bağlı danışıb. O, ABŞ-dan 40 ədəd F-16 “Viper” almaq istədiklərini və bunun üçün lazımi müqavilələrin imzalandığını bildirib.
Nazir daha sonra qeyd edib ki, Türkiyə əlavə olaraq 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi də alacaq: “Almaniya çox uzun müddətdir ki, “Eurofighter”-i satmamaq üçün müqavimət göstərir. Amma sonda NATO-dakı dostlarımızın – İngiltərə, İtaliya və İspaniyanın müsbət töhfələri ilə Almaniya da müsbət cavab verdi”.