AZ

Rusiyalı əsgərlər hərbi hissədən qaçıb

Novosibirsk vilayətinin Koçenevo kəndindəki hərbi hissədən 10 nəfər qaçıb. 

“Cebheinfo.az” xəbər verir ki, bunu  Koçenevski rayonunun rəhbəri Yevgeni Antipov bildirib. Onun sözlərinə görə, onlar 30 dəqiqə ərzində taksi ilə bölməni tərk ediblər və ərazidə cinayət törətməyiblər.

NGS nəşrinə məlumatlı mənbə bildirib ki, hərbçilər noyabrın 12-də axşam qaçıblar, onların əksəriyyəti Krasnodar diyarının sakinləridir. Onun sözlərinə görə, altı əsgər Kemerovo vilayətinə yollanıb. Üstəlik, onların arasında əvvəllər Rusiya ərazisindəki hərbi hissələri icazəsiz tərk edənlər də olub.

Nəşrin həmsöhbəti qeyd edib ki, ümumilikdə Mərkəzi Hərbi Dairədən müxtəlif səbəblərdən əvvəl hərbi hissələrdən qaçan 30-a yaxın adam Koçenevodakı hərbi hissəyə təyin edilib. 

“Baza” “Telegram” kanalının məlumatına görə, qaçanlardan beşi artıq polis tərəfindən saxlanılıb, qalanları isə axtarışa verilib. Koçenevo sakinləri ilə söhbətində yerli polis qaçanların silahlı olmadığını bildirib.

!Mediazona”-nın hesablamalarına görə, yanvar-iyul aylarında Rusiya hərbi məhkəmələri vəzifədən icazəsiz ayrılma ilə bağlı 5204 iş (Cinayət Məcəlləsinin 337-ci maddəsi) qəbul edib. Bu, bütün 2023-cü illə müqayisədə çoxdur - o zaman məhkəmələrə 5096 analoji iş daxil olub.

Nəşrin hesablamalarına görə, ümumilikdə, Ukraynada genişmiqyaslı işğalın başlanmasından bəri 10 mindən çox rusiyalı xidmətdən imtina ilə bağlı cinayət işlərinə cəlb olunub.

Seçilən
27
cebheinfo.az

1Mənbələr