AZ

KOBİA sədri: "İmzalanan sənədlər KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək olacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bu gün KOB-ların yaşıl keçidin təşviqinə və bu sahədə əməkdaşlığına dair sənədlər imzalanıb.
Oxu.Az xəbər verir ki, imzalanma mərasimindən sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov fikirlərini bölüşüb:
"KOB-ların yaşıl keçidi onların rəqabət qabiliyyətini və yeni bazarlara çıxış imkanlarını artırmaqla, dayanıqlı inkişafı təşviq edir. İnanırıq ki, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi" qlobal müstəvidə KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına, nəticədə daha yaşıl bir gələcəyin formalaşmasına öz töhfəsini verəcəkdir. Bəyannamənin təşviqinə ITC və SEBRAE-nın dəstəyi xüsusilə önəmlidir. Müvafiq bəyannamənin reallaşdırılması ilə bağlı əsası qoyulan üçtərəfli əməkdaşlıq həmçinin, Azərbaycan KOB-larının müvafiq təşkilatların təcrübəsindən yararlanmasına da imkan verəcək. KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək olacaq hər üç sənədin COP29 çərçivəsində imzalanması xüsusilə əhəmiyyətlidir və bu, Azərbaycanın ekoloji dayanıqlılığa sadiqliyini bir daha nümayiş etdirir".
Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Koxamilton bildirib ki, kiçik bizneslər əksər iqtisadiyyatların onurğa sütununu və qlobal təchizat zəncirinin əsas hissəsini təşkil edir:
"Buna görə də iqlim dəyişikliyi ilə mübarizə məsələlərində KOB-ların fəaliyyəti önəmlidir. KOBİA və SEBRAE ilə birlikdə inkişaf etməkdə olan ölkələrin kiçik bizneslərinin iqlim kontekstində perspektivlərini və çətinliklərini vurğulamağı, yaşıl keçidi idarə edə bilmələri üçün onlara dəstək göstərməyi səbirsizliklə gözləyirik".
SEBRAE-nin prezidenti Desio Lima isə deyib ki, kiçik bizneslər təkcə Braziliyada deyil, bütün dünyada imkanları inkişaf etdirmək üçün vacibdir:
"2023-cü ildə Braziliyada yaradılan hər on iş yerindən səkkizi mikro və kiçik şirkətlər tərəfindən yaradılıb. Bu il cəlb edilmiş xarici investisiyaların həcminə görə Braziliya dünyada ikinci yeri tutub ki, bu da iqtisadiyyatımızın düzgün inkişaf etdiyini göstərir. İnnovasiya, dayanıqlılıq və inklüzivlik daim aktual olan mövzulardır. Yaşıl keçid yalnız kiçik bizneslərin dəyər zəncirində iştirakı ilə baş verə bilər. Braziliya COP30-a hazırdır".
Seçilən
15
50
oxu.az

10Mənbələr