AZ

Ronaldinyo COP29 məkanındakı pavilyonları ziyarət etdi - FOTO

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Bakıda COP29 məkanındakı pavilyonları ziyarət edib.

 

Futbolçu həmçinin Heydər Əliyev Fondunun stendinə baxıb.

 

Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə dünya çempionu olub. Peşəkar karyerasına ölkəsində, "Qremio"da başlayan 44 yaşlı keçmiş yarımmüdafiəçi Fransada PSJ, İspaniyada "Barselona", İtaliyada "Milan" kimi klubların formasını geyinib.

 

O, 1999-2013-cü illərdə Braziliya yığmasında 97 matçda 33 qolla yadda qalıb. (Report)

Tarix: 13 Noyabr 2024, 16:58   
Seçilən
20
20
pravda.az

10Mənbələr