AZ

Cavid Hüseynov millimizin sabiq forvardını yanına aparır?

Albaniya təmsilçisi "Bylis"dən ayrılan Amil Yunanov karyerasını yenidən Premyer Liqada davam etdirə bilər.

Belə ki, "Səbail" onun xidmətində maraqlıdır.

Yeni baş məşqçi Cavid Hüseynov köhnə tanışını yanına aparmaq istəyir.

İkili "Şamaxı"da birgə çalışıb.

Keçən mövsümə "Səbail"də başlayan Yunanov sabiq baş məşqçi Şahin Diniyevlə arasında yaşanan qalmaqala görə qış fasiləsindən sonra "Kəpəz"ə icərəyə verilmişdi.

Ötən "Byulis"ə transfer olunan forvard yeni klubu ilə yaya kimi müqavilə imzalayıb.

Lakin 32 yaşlı futbolçunun işləri yolunda getməyincə bir neçə gün əvvəl buradan erkən ayrılmaq qərarı verib.

Amma hələ də onun transfer vərəqəsi Albaniya klubundadır.

Elə Bayıl təmsilçisinə keçidinə əsas maneə də budur.

Tovuz futbolunun yetirməsi olan Amil Yunanov karyerası ərzində “Qəbələ”,”Keşlə”, “Sumqayıt” “Şamaxı”, “Səbail” və “Kəpəz”də çıxış edib.

O, 5 oyunda Azərbaycan millisinin şərəfini qoruyub.

SPORTİNFO.AZ

Seçilən
34
sportinfo.az

1Mənbələr