Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Paris Sazişi kontekstindəenerji planlaşdırılması sahəsində əməkdaşlığa dair AnlaşmaMemorandumu imzalanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Energetika naziriPərviz Şahbazov “X” sosial şəbəkə səhifəsində yazıb.
“Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə EnerjisininMaliyyələşdirilməsi” tədbiri çərçivəsində Beynəlxalq Atom EnerjisiAgentliyi ilə Paris Sazişi kontekstində enerji planlaşdırılmasısahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq",-paylaşımda deyilib.