AZ

Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliyin uzunmüddətli ekoloji nəticələrinə dair yan tədbir keçirib

Bakı Təşəbbüs Qrupu COP29 çərçivəsində müstəmləkəçiliyin uzunmüddətli ekoloji nəticələrinə dair yan tədbir keçirib
 

2024-cü il noyabrın 13-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ)“Eko-müstəmləkəçilik: "Eko-kolonializm: müstəmləkəçilik və neokolonial istismarın ekoloji mirası" adlı yan tədbir keçirilib.
 

Tədbirdə müstəmləkəçi dövlətlərin uzun illərdir əsarət altında saxladığı ərazilərdə təbiətə vurulmuş ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində aparılan işlər, xüsusilə də ekoloji baxımdan istismara məruz qalan bu ərazilərdə törədilən ekoloji cinayətlərə diqqəti cəlb edilib. Fransa və Niderland müstəmləkəsi altında olan xalqların nümayəndələri ölkələrindəki cari vəziyyətdən danışıblar, həmçinin müstəmləkə ərazilərində müstəmləkəçi güclərin dənizaşırı ərazilərdə resursların qeyri-qanuni istismarını, meşələrin qırılması, torpaqların çirklənməsi, o cümlədən Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının hələ də qalması və təsirə məruz qalmış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsi, Qvadelupda xlordekon maddəsindən istifadə nəticəsində təbiətin çirklənməsi və onun yerli əhalinin səhhətinə vurduğu ciddi ziyanlar geniş müzakirə olunub. O da vurğulanıb ki, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, o cümlədən Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması ağır nəticələrə səbəb olub. 


Spikerlər Dənizaşırı ərazilərdə iqlim dəyişmələrinin daha fəsadlı olmasını kolonializm ilə əlaqələndirib, Fransa və Niderlanddan yerli xalqların tələblərinə diqqət yetirməti tələb ediblər.


Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) bu yan tədbiri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində təşkil olunub

Seçilən
20
1
qht.az

4Mənbələr