AZ

COP29-da müzakirələrin müsbət nəticə verəcəyini düşünürəm - İrlandiyalı nazir

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir.

Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz İrlandiyanın ətraf mühit, iqlim danışıqları və nəqliyyat naziri Eamon Ryandır.

O Trend-ə açıqlamasında bildirib ki, Azərbaycana toplaşan liderlər və qonaqlardan bu konfransa və ölkəyə yanaşmanın çox müsbət olduğunu gördüm.

O qeyd ki, COP29-da logistika və təşkilatçılıq çox yaxşı qurulub.

"Qonaqların rahatlığı üçün hər şey təmin edilib. Düşünürəm ki, konfrans çərçivəsində müzakirələr müsbət nəticələr verəcək. Əsas olan odur ki, hər bir ölkə iqlim böhranının həlli istiqamətində öz üzərinə düşən məsuliyyəti anlasın",- deyə nazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Seçilən
17
8
milli.az

10Mənbələr