AZ

Azərbaycanda bərpa olunan enerji ixracını tarazlaşdırmaq qabiliyyəti var - İrlandiyalı nazir

Bakı. Trend:

Azərbaycanda bərpa olunan enerji ixracını tarazlaşdırmaqqabiliyyəti var.

Trend xəbər verir ki, bunuİrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri İmonRayan Bakıda COP29 çərçivəsində jurnalistlərə bildirib.

"Azərbaycanın bərpa olunan enerji üzrə texniki potensialı quruda135 qiqavatt, dəniz üzrə isə 157 qiqavatt təşkil edir. Məni çoxsevindirir ki, Azərbaycanda bərpa olunan enerji mənbələrininmiqyası dərk edilir və onların inkişaf etdirilməsi istənilir. Bərpaolunan enerji mənbələrinin inkişafı dünya üçün sülh deməkdir.Azərbaycanın bərpa olunan enerji ixracını tarazlaşdırmaqqabiliyyəti var", - deyə İ.Rayan qeyd edib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
15
5
az.trend.az

6Mənbələr