AZ

"Real" almaniyalı ulduza göz dikdi

Müdafiə xəttində böhran yaşayan "Real" axtardığını "Bayer-04"də tapıb.

"Football-plus.az" AS nəşrinə istinadla xəbər verir ki, "kral klubu" Almaniya bundesliqasında top qovan Conatan Tanı transfer etmək niyyətindədi.

İspanlar 28 yaşlı mərkəz müdafiəçisini qarşıdakı qış fasiləsində heyətinə qatmaq istəyir. "Real"ın söz sahiblərinin fikrincə, Tanı həmin vaxt endirimli qiymətlə "rənglərinə bağlaya" biləcəklər.

Qeyd edək ki, futbolçunun "Bayer-04"lə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Seçilən
27
football-plus.az

1Mənbələr