Bakı. Trend:
Moldova Azərbaycanlıları Konqresi 8 Noyabr – Zəfər Günümünasibətilə Azərbaycanın Moldovadakı Səfirliyinin önündə bayramtədbiri təşkil edib.
Diasporla İş üzrə dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbiriAzərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri ÜlviBaxşəliyev giriş sözü ilə açaraq iştirakçıları qələbə münasibətilətəbrik edib.
Səfir 2020-ci ilin 8 noyabrının bütün azərbaycanlılar üçünədalətin bərpa olunduğu qürur gününə çevrildiyini söyləyib.
Tədbir iştirakçıları Vətən müharibəsi zamanı şəhid olanqəhrəmanlarımızı və Ümummilli Lider Heydər Əliyevi anıb, UluÖndərin büstü önünə gül dəstələri düzüb.
"Biz döyüşçülərimizin igidliyini unutmuruq və unutmamalıyıq. Bizvətən uğrunda qəhrəman oğullarımızı itirdik, amma müasirAzərbaycanın tarixində ən böyük döyüşü qazandıq – Qarabağı geriqaytardıq!" - deyə MAK-ın sədri Elçin Bayramov öz çıxışındabildirib.