Rusiyanın Su-34 təyyarəsi Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna hərbçilərinin cəmləşdiyi ərazini bombalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Su-35S qırıcısının müşayiəti ilə Su-34 təyyarəsi yerli aerodromdan havaya qalxaraq, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi əraziyə zərbələr endirib.
Ukrayna hərbçilərinin itkiləri barədə məlumat verilməyib.