AZ

COP29-da tarixi RAZILAŞMA: Kömürdən istifadə nə üçün kütləvi şəkildə azaldı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyada kömür, neft və qazın yanması iqlim dəyişikliyinin əsas hərəkətverici qüvvəsidir. Planet artıq sənayeləşmədən əvvəlki orta göstəricidən təxminən 1,3 dərəcə Selsi daha çox istiləşib və son onillik ən isti dövr sayılır. Bu problemin həlli istiqamətində müsbət addımların atılması mütləq idi. Budur, COP29-da, Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə irəliləyiş əldə olunub. Məsələn, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı karbon kvotalarının ticarəti üzrə ilk birjanı işə salıb. Bu, inkişaf etməkdə olan ölkələrin karbon neytrallığı məqsədlərinə nail olmaq üçün karbon qiymətlərinin müəyyən edilməsi müzakirələri fonunda baş verib.
Exeter Universitetinin iqlimşünası Maykl Osllivan Baku TV-yə açıqlamasında bildirib ki, bugünkü karbon emissiya səviyyələrini götürsək, 6 il var və bu vaxt 1,5 dərəcəni keçmək deməkdir:
"Beləliklə, vəziyyətin kritik olmaması üçün biz böyük ixtisarlar etməliyik. Bakıda bəzi yaxşı xəbərlər var. Amma digər ölkələr bununla ayaqlaşmır. Ölkələr emissiyaları artırır, ABŞ və Avropada karbon emissiyaları sürətlə yayılır. Deməli, ümumi mesaj hamıya çatmasa da, müsbət irəliləyişlər var".
Ümumdünya Meteorologiya Təşkilatından bildirilib ki, istixana qazları son 20 ildə atmosferdə daha sürətlə toplanır. Daha bir məlumat da var. BMT-nin Hava Monitorinqi qurumu da əlavə edib ki, karbon emissiyaları 20 ildə 11,4 % artıb. Hesabatda temperatur artımına atmosferdəki istixana qazlarının səbəb olduğu açıq-aydın göstərilir. Qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsindən yüksəlməməsi üçün 2015-ci ildə Parisdə karbon emissiyalarının artmaması hədəflənmişdi. 9 ildə bu istiqamətdə fikir ayrılıqları, parçalanmalar vardı. Ortaq məxrəcə gəlmək mümkün olmurdu. Nəhayət, xilaskar rolunu Bakı, COP29 oynayıb, karbon bazarları barədə razılaşma əldə olunub.
Ətraflı süjetdə:
Seçilən
16
50
oxu.az

10Mənbələr