Beynəlxalq maliyyə bazarlarında “Bitcoin”in qiymətindəki yüksəliş sürətlə davam edir.
Trend bu barədə aparıcı kriptovalyuta birjalarından biri olan “Binance”ın məlumatına əsasən xəbər verir.
Məlumata görə, kriptovalyutanın qiyməti tarixində ilk dəfə ən yüksək həddə qalxaraq 93 265 ABŞ dollarına çatıb və bu, bazarda yeni bir rekord kimi qeyd olunur. Ekspertlər “Bitcoin” qiymətinin yaxın gələcəkdə də artmaq ehtimalının yüksək olduğunu bildirir, bu da investorların marağını artırır./Trend/