Antalya hava limanının oktyabr ayında 4 milyon 714 min sərnişinə xidmət göstərdiyi açıqlanıb.
SİA xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi Dövlət Hava Limanları İdarəsi (DHMİ) Müdirliyi Antalyahava limanının oktyabr ayı hava yolu təyyarə, sərnişin və yük statistikasını açıqlayıb.Açıqlamada Antalya hava limanının oktyabr ayında 4 milyon 206 min 867 beynəlxalq sərnişin daxil olmaqla cəmi 4 milyon 714 min 303 sərnişinə xidmət göstərdiyi qeyd olunub.
Açıqlamada oktyabr ayı ərzində hava limanına 26 min 560 təyyarənin enib qalxdığı, yük, poçt və baqaj dövriyyəsinin isə 58 min 775 ton olduğu bildirilib.
Açıqlamada o da qeyd olunub ki, 1 yanvar - 31 oktyabr tarixləri arasında hava limanında sərnişin dövriyyəsi 35 milyon 504 min 351, təyyarə dövriyyəsi 214 min 423, yük daşınması isə 433 min 570 tona çatıb.