AZ

COP29-dan sonra bu maşınlara tələbat artacaq

  Bakıda Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 tədbiri start götürüb. Ekoloji təmizliyin təmin olunması istiqamətində əsas məsələlərdən biri də yanacaq vasitələri ilə çalışan nəqliyyat vasitələri ilə bağlıdır. Benzin və dizel yanacağı ilə çalışan maşınların havaya buraxdığı karbondioksid qazı ekoloji çirklənməni yaradan əsas amillərdən biridir. Yaxın gələcəkdə bütün dünyada olduğu kimi, Azərbaycanda da bu tip nəqliyyat vasitələrinin yeni elektromobillərlə əvəz olunması gözlənilir. “Yeni Sabah”ın araşdırmasına görə, COP29-dan sonra elektromobil nəqliyyat vasitələrinə tələbat kəskin sürətdə arta bilər. Ümumiyyətlə, son bir neçə il ərzində ölkə daxilində elektrik mühərrikli nəqliyyat vasitələri və onların yanacaqdoldurma vasitələri kimi avadalıqları ilə bağlı edilən güzəştlər, bu maşınlara olan tələbi xeyli yüksəldib.

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da elektromobillərin avtomobil satışındakı bazar payı çox sürətlə artır. Bir çoxları bu tendensiyanın qalıcı olacağını bildirir. Hazırda ölkə daxilində satışlar həyata keçirən bir çox avtomobil markaları elektrik mühərrikli modellərin satışı ilə bağlı güzəştlər və sərfəli satış şərtləri təqdim etməkdədir. COP29 tədbiri isə məhz bu baxımdan yeni mərhələyə keçidin başlanğıcı ola bilər.

 Yaxın gələcəkdə elektromobil nəqliyyat vasitələrinin ehtiyat hissələrinin və digər lazımi avadanlıqlarının daha əlçatan olması, bu növ maşınların alışını daha çox artıracaq. Bu isə həm ekoloji təmizlik, həm də vətəndaşların komfortu üçün olduqca təqdirəlayiqdir.  

Seçilən
29
12
referans.az

10Mənbələr