Dələduzluqda təqsirləndirilərək saxlanılan keçmiş vəkil Paşayev yanvarın 15-dək həbsdə saxlanılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, keçmiş vəkil Elman Paşayevin həbs müddəti yanvarın 15-dək uzadılıb.
Bu barədə məhkəmədən məlumat verilib.
Qeyd edək ki, E. Paşayev xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. İstintaq Komitəsinin məlumatına görə, o, Blinovski cütlüyünü böyük məbləğ qarşılığında cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.