Varşava Şimali Atlantika Alyansından Polşa səmasının qorunması üçün zəmanət almadan vəd edilmiş MiQ-29 qırıcılarını Kiyevə ötürməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, Polşanın mütləq zəmanəti olmayana qədər hakimiyyət təyyarələri Ukraynaya ötürə bilməyəcək, çünki ölkəyə təhlükəsizliyi təmin etmək üçün lazımdır.