AZ

“Sabah” son oyununda İsveç klubunu məğlub edib

"Sabah" basketbol komandası FIBA Avropa Kubokunda sonuncu oyununa çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, G qrupunda yer alan Bakı klubu səfərdə İsveçin "Norrçöpinq Dolfins" kollektivi ilə qarşılaşıb.

Görüş Azərbaycan çempionunun 83:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Bakıda keçirilmiş qarşılaşma 74:70 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.

Qeyd edək ki, "Sabah" daha əvvəl Yunanıstanın "Marussi" (70:82, 71:82) və Belçikanın "Spiru" komandalarına (68:78,81:82) da məğlub olub.

Seçilən
5
3
operativmm.az

4Mənbələr