AZ

Paris prokurorluğu Le Penə həbs cəzası verilməsini tələb edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paris prokurorluğu "Milli birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, habelə ona analoji müddətə seçkili vəzifələrdə işləməsinə qadağa qoyulmasını tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb.
Bundan başqa, siyasətçini 300 min avro (təxminən 547 min 650 manat - red.) cərimə gözləyir.
Telekanalın məlumatına görə, belə bir tələb Le Pen və onun tərəfdaşlarına qarşı köməkçiləri Avropa Parlamentində işə götürməkdə saxtakarlığa yol vermələri barədə ittihamlarla bağlı irəli sürülüb.
Bununla yanaşı, fraksiya rəhbəri artıq 2027-ci ildə Fransada keçiriləcək prezident seçkisində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
Sentyabrın 30-da Parisdə Marin Le Pen və sağçı "Milli birlik" partiyasının işlərinə dair Avropa Parlamentinin uzunmüddətli vəsaitlərinin mənimsənilməsi ilə bağlı məhkəmə iclasları açılıb. İclaslar noyabrın 27-dək davam edəcək.
Ümumilikdə bu iş üzrə 25 nəfərin, o cümlədən "Milli birlik" partiyasının yaradıcısı, hazırkı partiya lideri Jan-Mari Le Penin atasının adı çəkilir. Onlar 2004-2016-cı illər arasında Aİ-nin dövlət vəsaitlərindən məqsədyönlü istifadə etməməkdə, bu vəsaitdən partiya üçün işləyən parlament köməkçilərinin işini ödəmək üçün istifadə etməkdə şübhəli bilinirlər.
Seçilən
21
46
oxu.az

10Mənbələr