AZ

Qazaxıstan ilə Moldova prezidentləri Bakıda görüşüblər

Bakıda Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ilə Moldova prezidenti Maya Sandu arasında görüş keçirilib.

“İki sahil” Zakon.kz-a istinadla xəbər verir ki, COP29 çərçivəsində görüşən prezidentlər iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin, ilk növbədə, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə Maya Sandu gələn il Astanada Moldovanın səfirliyinin açılmasının ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezidentlər ikitərəfli yüksək səviyyəli səfərlərin təşkili barədə də razılığa gəliblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
66
ikisahil.az

1Mənbələr