Bakı. Trend:
Amsterdam şəhər hökumətinin qadağasına baxmayaraq, yüzlərləinsan şəhərin mərkəzindəki Dam meydanında Fələstinə dəstəknümayişində iştirak edib.
Trend “AlgemeenDagblad” qəzetinə istinadən xəbər verir ki, aksiyaya müdaxilə edənpolis nümayişçiləri dağıtmağa başlayıb, bir neçə nəfər həbs edilibvə bəzi fəallar polisə müqavimət göstərib. Amsterdam meriyasınınnümayəndəsi bildirib ki, əvvəlki fövqəladə fərman yumşaldılıb vəmüəyyən yerlərdə dinc etiraz aksiyalarına icazə verilib, lakin Dammeydanında nümayişlər hələ də qadağandır.
Nəşrin məlumatına görə, aksiyanı əslində Vesterqas Parkındakeçirmək üçün icazə alınıb, lakin iştirakçılar Dam meydanına keçməkqərarına gəliblər. Polis nümayişçiləri avtobuslarla VesterqazParkına aparmağa hazırlaşır. Amsterdam polisi X platformasında(keçmiş Twitter) bildirib: “Nümayişçilərə getmələri əmr edildi,bəziləri öz istəyi ilə meydandan çıxdı. Qalan nümayişçilərmühasirəyə alınıb və saxlanılaraq Vesterqaz-a aparılacaqlar.”