Slovakiya dekabrda Azərbaycandan qaz idxal edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Respublikada milli qaz enerjisi sisteminin ən böyük operatoru olan Slovakiyanın SPP şirkəti Ukrayna ərazisindən tranzitin dayandırılmasından ehtiyat edərək Azərbaycandan qazın tədarükü üçün qısamüddətli sınaq müqaviləsi imzalayıb. Azərbaycan tərəfdən tərəfdaş dövlət şirkəti SOCAR-dır.
Müqavilə bir aylıqdır. Slovakiya və Azərbaycan şirkətləri arasında əməkdaşlıq uğurlu olarsa, bu müddət uzadıla bilər.
Qeyd edək ki, SPP hazırda BP, "ExxonMobil", "Shell", "Eni" və RWE ilə Slovakiyaya qaz tədarükü üçün pilot müqavilələrə malikdir.
Müəllif: Teleqraf.com