Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi “Məktəblinin izi ilə” aksiyasına start verib.
QHT.az xəbər verir ki, aksiyanın maliyyə dəstəyi Ümid Yolu Xeyriyyə İctimai Birliyi tərəfindən qarşılanır. Aksiyanın məqsədi 2024/2025-ci ilin tədris müddətində məktəblinin təhsil şəraitinin yaxşılaşmasına və ehtiyacların qarşılanmasına hədəflənib. Bu fəaliyyət “Məktəbliyə Dəstək”aksiyasının davamıdır. İctimai Birliklər əməkdaşlıq çərçivəsində həssas qrupdan olan 92 nəfər məktəblini geyim və məktəb ləvazimatları ilə təmin etmişdi. Bu aksiya isə həmin məktəblilərin mənzil şəraiti, sınaq imtahanlarında iştirak üçün ehtiyacların qarşılanmasını nəzərdə tutub.
Noyabr 2024-cü il tarixdə bir nəfər məktəblinin sınaq imtahanlarında iştirakı təmin edilib, 6 nəfər məktəblinin ailəsi ilə görüşülüb, sovqat təqdim edilib, ailə qayğılarının həlli icraata götürülüb.