AZ

Azərbaycan Milli QHT Forumu COP29-da BMT QHT Pavilyonunda yerləşən Azərbaycan Pavilyonuna beynəlxalq qonaqlar cəlb etdi - FOTOLAR

COP29-un Yaşıl Zonasında yerləşən Azərbaycan Pavilyonunda Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış və dünyanın 85 ölkəsinin QHT-lərini birləşdirən COP29 QHT Koalisiyasının nümayəndələri ilə görüş baş tutub.

QHT.az xəbər verir ki, görüşə UNESCO-nun Sülh Rəssamı və Earthsavers DREAMs Beynəlxalq UNFCCC Statuslu təşkilatın rəhbəri xanım Cecile Alvarez, Earthsavers Kolumbiya nümayəndəsi Viktor Sebek və Fransanın Energies 2050 təşkilatının İcraçı Direktoru Stephane Pouffary qatılıb. Onlar Azərbaycan Milli QHT Forumunun üzvləri ilə bir araya gələrək COP29 mövzusunda fikir mübadiləsi aparıblar.

Azərbaycan Pavilyonunda keçirilən görüş zamanı Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli beynəlxalq qonaqlarla ətraf mühitin qorunması, dayanıqlı inkişaf və enerji transformasiyası ilə bağlı məsələləri müzakirə ediblər. Qonaqlar COP29 çərçivəsində gələcək əməkdaşlıq perspektivləri barədə də öz fikirlərini bölüşdülər və 16 noyabrda Bakıda təşkil ediləcək xüsusi tədbirə dəvət etdilər.

 

Pərvanə Fərhadqızı

Seçilən
19
qht.az

1Mənbələr