AZ

Ermənistan beynəlxalq etibarsızlıq sərgiləyir

Busaat.az Crossmedia-a istinadən xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası dünyada kritik qlobal problemlərin həllində ölkələrin bir araya toplanmasına şərait yaradan böyük tədbirlərdən biridir.
Belə bir böyük platformaya ev sahibliyi edən mötəbər ölkələrdən biri də məhz Azərbaycan Respublikasıdır ki, COP29 bu il  ölkəmizdə baş tutub.
Bu tədbirdə iştirak ekoloji problemləri gün üzünə çıxarmaq və öhdəliklərin icrası ilə yanaşı, ölkələrin qlobal miqyasda hansı mövqedə olması barədə də nümayişdir. Azərbaycan bu zaman çərçivəsində ekoloji məsuliyyəti öz öhdəsinə götürərək dünya təcrübəsinə özünün beynəlxalq müstəvidəki rolunu bir daha nümayiş etdirdi.

Ermənistanın isə COP29-da iştirak etməməsi beynəlxalq səviyədə vəzifə icralarından yayındığını sübut edir. Bu tədbirdə qeyri-iştirakçılıq nümayiş etdirmək Ermənistanın ekoloji problemlərə məsuliyyətsizliyi ilə yanaşı Azərbaycana qarşı qısqanc davranışını göstərir.

image-img_7649

Son günlərdə müzakirələrə səbəb olan bu mövzu ilə bağlı fikirlərini bizimlə bölüşməyi üçün Crossmedia.az Milli Məclisin deputatı Vüqar Rəhimzadəyə müraciət edib.

Vüqar Rəhimzadə açıqlamasında bildirib ki, belə qlobal tədbirdə fəaliyyət  göstərmək ölkənin nüfuzu üçün böyük əhəmiyyət kəsb edir

“COP29 İqlim dəyişmələri konfransında iştirak etmək, ölkə nümayişi və beynəlxalq öhdəliklər üçün vacib bir haldır. Ermənistanın bu tədbirdə fəaliyyət göstərməməsi ekoloji problemlərə olan cavabdehliyinin passivliyindən xəbər verir. Belə mötəbər tədbirdə Ermənistanın uzaq durması nüfuzunu zəiflədir və beynəlxalq etibarsızlığını sərgiləyir.”

Vüqar Rəhimzadə həmçinin əlavə edib ki, Ermənistanın COP29-da iştirak etməməsi Azərbaycana qarşı qeyri-sülh siyasətinin sübutudur:

“COP29-a ev sahibliyi edən Azərbaycan Respublikasına qeyri-səmimi yanaşan Ermənistan regionda sülhün bərqərar olmasını istəmədiyindən işarə verir. Bu mötəbər tədbirdə Ermənistanın beynəlxalq məsuliyyətlərdən uzaq durması Azərbaycana olan qısqanclığından irəli gəlir. Azərbaycana olan pis xislətini bu səhnədə də aydın şəkildə biruzə verən Ermənistan regional problemlərlə yanaşı sülh imkanından da boyun qaçırır.”

Millət vəkilinin fikirlərindən bu qənaətə gəlmək olar ki,  Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi onun digər ölkələr arasında konstruktiv və məsuliyyətli bir ölkə olduğunu sübuta yetirir. Azərbaycanın bu tədbirdə göstərdiyi mövqe, Azərbaycanın sürətli inkişafı və fəal çıxışlarını göstərir. Ermənistanın isə belə bir qlobal tədbirdə təmsil olunmaması Azərbaycana olan qeyri-sülh siyasətindən və beynəlxalq məsuliyyətsizliyindən xəbər verir.

Seçilən
14
busaat.az

1Mənbələr