AZ

Fransa COP29-a niyə gəlmədi? – Makronun ŞOK TƏLİMATI

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi həqiqətdən inciyib: fransalı nazirə Bakıya getməmək əmri verilib.

Vətəninfo.az xəbər verir ki, Prezident İlham Əliyevin kiçik ada dövlətlərinin iştirakı ilə keçirilən sammitdə Fransanın ikiüzlülüyü və neokolonializmi ilə bağlı dediyi sözlər hədəfinə çatıb: Fransa Prezidenti Makrona çox toxunub.

Emmanuel Makron o qədər inciyib ki, ekologiya naziri Aqnes Pannye-Rünaşeyə COP29 üçün Bakıya səfərini ləğv etməyi əmr edib.

Makronun bu göstərişi barədə nazir Pannye-Rünaşe özü parlamentdə danışıb. “Respublika prezidenti və Baş nazirlə söhbətdən sonra məlum oldu ki, mən gələn həftə Bakıya getməyəcəyəm”.

Qeyd edək ki, Bakıda COP29 196 ölkədən 72 000-dən çox insanı bir araya gətirdi və bir neçə fransız məmurun olmaması tədbirə heç bir təsiri etmir.

Seçilən
35
veteninfo.az

1Mənbələr