AZ

Fransa – İsrail oyununa görə 4000 polis xidmətə çağırılıb

Millətlər Liqası çərçivəsində keçiriləcək Fransa – İsrail oyununa görə 4000 polis xidmətə çağırılıb.

Apasport.az xəbər verir ki, həmin polislərin 2500-ü matçın keçiriləcəyi "Fransa" stadionuna, digər 1500-ü isə Paris ətrafındakı strateji nöqtələrə göndəriləcək.

Həmçinin görüşdə 1600 mühafizəçi olacaq.

Bütün bu ciddi təhlükəsizlik tədbirləri israilli azarkeşləri və oyunçuları matç zamanı və matçdan sonra hücumlardan qorumaq üçün həyata keçirilir.

Yenə də, İsrailin Milli Təhlükəsizlik Şurası öz vətəndaşlarına oyuna gəlməməyi tövsiyə edib.

Qeyd edək ki, ötən həftə "Ayaks" – "Makkabi" (Tel-Əviv) (5:0) oyununa gələn israilli azarkeşlər matçdan sonra hücuma məruz qalıb.

"Bavariya" "Sportinq"in futbolçusunu istəyir

“Kasımpaşa”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

“Fənərbaxça”dan Tadiç qərarı

La Liqa klubundan təqdirəlayiq addım

“Barselona”nın gənc ulduzu zədələndi

Seçilən
14
2
apasport.az

3Mənbələr