AZ

COP29-da iştirak etməyən ölkələrin qaranlıq üzü: Görün onlar nələr edibmiş

“COP29-da bəzi inkişaf etmiş dövlətlər ya iştirak etmədi, ya da aşağı təmsilçiliklə iştirak etdi. Bu onların ev sahibi ölkə ilə münasibətinin gərgin olması, ya da onların erməni sevgisi ilə bağlı deyil. Məsələnin mahiyyəti həmin ölkələrin COP tədbirlərində əvvəlki iştiraklarının formal xarakterli olmasıdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev COP29 tədbirində iştirak etməyən ölkələr haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu gün COP29 tədbirində iştirak etməyən ölkələr öz təklifləri ilə qəbul edilmiş qanunlara hörmətsizlik edirlər:

“Xüsusilə bu siyahıda ABŞ, Norveç və Avstraliya xüsusi olaraq qeyd edilməlidir. İnkişaf etmiş cəmiyyətə malik bu üç dövlət dünyada ekoloji tarazlığı ən çox pozan ölkələrdir.

ABŞ iqlim sazişində nəzərdə tutulandan çox qaz ixrac edir və qlobal çirklənməyə səbəb olur. Nə qədər maraqlı da olsa bu, ilbəil artır. Bununla bağlı, hətta BMT səviyyəsində ABŞ-a xəbərdarlıq edilib, ancaq bu dövlət beynəlxalq təşkilatın bu xəbərdarlığına məhəl qoymur.

Bayden seçki öncəsi vəd vermişdi ki, hasilatı azaldacaq, amma onun dövründə daha da gücləndi. Yeni seçilmiş Donald Tramp ümumiyyətlə, iqlim dəyişikliyi ilə bağlı müzakirələri mənasız adlandırır və bu işlə məşğul olan qurumların maliyələşməsini dayandıracağını bildirib. Onun dövründə ABŞ-ın qaz hasilatını rekorda çatdıracağı gözlənilir. Bu məsələ Yer kürəsinin məhvinə gətirib çıxarır. ABŞ-ın zəhərli qazı həddən artıq havaya buraxması dünyada ciddi oksigen böhranı yaradır”.

Ekspert deyib ki, Norveç dünyada yaşamaq üçün ən əlverişli ölkələrdən biridir:

“Ancaq bu ölkə dünyada iqlim düşməni kimi tanınır. Nefti əldə edir, sonra çirkli hissəsini buraxır dənizə. Norveç dünyada ən bərbad neft çıxaran ölkədir. Bu ölkənin harasına gedirsinizsə sahillərinə getməyin, elə bil köhnə Balaxanıdır. Bunun nəticəsində Şimal dənizində konkret ekoloji böhran yaşanır. Beynəlxalq eko təşkilatlar bunun günahkarı oralara Norveç hökumətini hesab edir. Norveç həm də dünyada Balina ovuna görə lider ölkələrdən biridir.

Zeynal Əmrəliyev

Avstraliya Baş naziri tədbirə gəlməkdən imtina etdi. Gəlsə idi, təəccüblənmək olardı. İndiki hökumətin dövründə ölkədə Balina ovu rekord həddə çatıb. Həmçinin solçu Albenze hökuməti meşələrin kütləvi istismarı ilə məşğuldur. Faktiki olaraq Qırmızı Kitaba düşən xeyli ağacın o kitabdan silinməsinə səbəb olublar. Çünki artıq o ağaclar mövcud deyil. Avstraliya hökuməti onları yerli eko mafiyalara satıb. Bu gün Avstraliyada kütləvi şəkildə ağac evlər tikilir. BMT-nin bu məsələ ilə bağlı cild-cild hesabatları var. Heç birinə də riayət edilmir. BMT-ni sayan yoxdur.

Azərbaycan ekoloji terrordan ən çox əziyyət çəkən ölkələrdən biri kimi dünyamızın daha da gözəlləşdirilməsi üçün əlindən gələni edir. Ancaq bunun həlli üçün bütün dünya dövlətləri əlini daşın altına qoymalıdır. Çox təəssüf ki, sadaladığımız ölkələrin, həmçinin Qarabağda ekoloji genosid həyata keçirən, bundan başqa uzun illərdir Metsomor Atom Elektrik Stansiyası ilə bölgəni çirkləndirən Ermənistan tədbirə qatılmadan imtina etdi. Ancaq Qərbli dostları bir dəfə də olsun Ermənistana bu barədə irad bildirməyib”.

Seçilən
22
turkustan.az

1Mənbələr