İranda ard-arda iki zəlzələ oldu
Bu gün səhər saat 04:58-də Sistan və Bəluçistanın Nüsrətabad bölgəsində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.
Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı İran Milli Seysmoloji Mərkəzi yayıb.
Mənbə qeyd edir ki, eyni zamanda, səhər saat 05:25-də Xorasan-e Rəzəvi əyalətinin Kaşmər şəhərində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.