Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.
Budəfəki müsahibimiz Vaşinqton ştatının qubernatoruCey İnslidir.
O, Trend-ə açıqlamasındabildirib ki, Azərbaycan da daxil olmaqla, iqlim dəyişikliyinə qalibgəlmək üçün bütün tərəflərlə birgə işləyəcəklər.
C.İnsli Bakıdan çox həzz aldığını və burada yeni dostlarqazandığını bildirib:
"Burada görüşdə 15 nəfəri dinlədik. Onlar iqlim dəyişikliyinəqalib gəlmək üçün nə etdikləri haqqında danışırdılar. Onların budanışıqları olduqca ruhlandırıcı idi və biz bu işdə birlikdəmübarizə aparmalı olduğumuzu bildirdik.
Vaşinqton ştatını təmsil edirəm və biz iqlim dəyişikliyi iləmübarizədə tamamilə iştirak edirik. Azərbaycan da daxil olmaqla,iqlim dəyişikliyinə qalib gəlmək üçün bütün tərəflərlə birgəişləyəcəyik".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.