AZ

Qlobal iqlimlə mübarizə üçün hər il təxminən 8 trilyon ABŞ dolları lazımdır- Braziliya Ali Audit Orqanı

Image

Braziliya Ali Audit Orqanı tərəfindən təqdim edilən İqlim Skanerinin ilkin nəticələrinə əsasən qlobal iqlimlə mübarizə üçün hər il təxminən 8 trilyon ABŞ dolları lazımdır. Hazırda izlənilən məbləğ 1,3 trilyon dollar təşkil edir ki, bunun da 49%-i özəl mənbələr üzrədir.

Bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə keçirilən “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə məlumat verilib.

Həmçinin bildirilib ki, maliyyəyə ehtiyacı olan əksər ölkələr üzrə qiymətləndirmə mexanizmləri və ya mümkün maliyyə mənbələrinin xəritəsi mövcud deyil. Qeyd edilib ki, ölkələrin 73%-i iqlim xərclərini işarələmir və ya yalnız daxili iqlim maliyyəsini izləmək üçün mexanizmlərə malikdir. Bu isə öz növbəsində hökumətin birbaşa və dolayı iqlim xərclərinin izlənməsini zəiflədir. Eyni zamanda, iqlim fəaliyyətinə cəlb olunan özəl sektorun investisiyaları üzrə də izlənmə mexanizmlərində çatışmazlıqlar mövcuddur. Həmçinin bir çox ölkədə bu istiqamətdə şəffaflıq yetərli deyil. Belə ki, 41% ölkədə bu istiqamətdə dərc olunan hesabatlara rast gəlinmir.

ZÜMRÜD





Seçilən
5
baki-xeber.com

1Mənbələr