AZ

İqlim maliyyələşdirilməsi sahəsində innovativ həllər lazımi vasitələr təqdim edəcək - Taleh Kazımov

Bakı. Trend:

İqlim maliyyələşdirməsi sahəsində innovativ həllər özəl sektoruniqlim investisiyalarını sadələşdirmək üçün zəruri alətlər təqdimedəcək.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov“Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsiningenişləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı bildirib.

“İqlim maliyyələşdirməsi sahəsində innovativ həllər özəlsektorun iqlim investisiyalarını sadələşdirmək üçün zəruri alətlərtəqdim edəcək. Məlumatlar göstərir ki, emissiyalar artmaqda davamedir.

2023-cü ildə qlobal istixana qazları səviyyəsi indiyə qədərqeydə alınan ən yüksək səviyyəyə çatıb. İqlim maliyyələşdirməsiüzrə yüksək səviyyəli ekspert qrupu hesab edir ki, inkişaf etməkdəolan ölkələrə emissiyaların 42 faiz azaldılması üçün hər il 2,4trilyon dollar tələb olunur. Bu maliyyələşmə enerji keçidi,adaptasiya, dayanıqlığın yaradılması və təbii kapitalın bərpasıüçün zəruridir”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr