AZ

Zaxarova Marko Rubionun sanksiya siyahısında olmasını şərh etməyib

Mariya Zaxarova bildirib ki, senator Rubioya qarşı Rusiya sanksiyaları şərh etməyin mənası yoxdur...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti” Agentliyinə indiki mərhələdə amerikalı senator Marko Rubionun Rusiyanın sanksiyalar siyahısından çıxarılması ehtimalını şərh etməyin mənasıız olduğunu bildirib.

Qeyd edək ki, Rubio Rusiyaya giriş qadağası da daxil olmaqla şəxsi sanksiyalar altındadır. Bir gün əvvəl isə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından senator Marko Rubionu Dövlət Katibi təyin edəcəyini bəyan edib.

“The New York Times” yazır ki, Rubio Trampın Ukrayna münaqişəsinin həlli planını dəstəkləyəcək. Senator hesab edir ki, Ukraynaya təzyiq etmək lazımdır ki, Rusiya ilə sülhə getsin və NATO-ya daxil olmasın.

“RİA Novosti”yə mövzu ilə bağlıaçıqlama verən politoloq Qriqori Yarıginin fikrincə, Marko Rubio mübahisəli siyasətçidir.

Ekspert hesab edir ki, Rubionun beynəlxalq münasibətlərdə təcrübəsi yoxdur, ona görə də o, çətin ki, konstruktiv siyasət yürüdən xarici işlər naziri olsun.

Xatırladaq ki, Marko Rubio Rusiya ilə bağlı kəskin bəyantlar verməklə yadda qalıb.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr