AZ

Almaniyada hücuma məruz qalan Türkiye vətəndaşının səhhəti ilə bağlı açıqlama verilib

 

Almaniyada hücuma məruz qalan türk uşağın vəziyyəti yaxşılaşır. Duysburq şəhərindəki bir ibtidai məktəbdə dünən hücuma məruz qalan 12 yaşlı Türkiye vətəndaşının səhhətinin yaxşılaşdığı və yaxın zamanda evə buraxılmasının gözlənildiyi bildirilib.

“X” sosial media platformasında Türkiye Xarici İşlər Nazirliyinin Dəstək səhifəsində edilən paylaşımda “Almaniyanın Duysburq şəhərində bir ibtidai məktəbdə dünən hücuma məruz qalan 12 yaşlı vətəndaşımız Ayşəgülün səhhətinin yaxşılaşdığını və yaxın zamanda evə buraxılmasının gözlənildiyini məmnuniyyətlə öyrəndik. Düsseldorf Baş Konsulluğumuz istintaq prosesini yaxından izləyir. Ayşəgülə və ailəsinə keçmiş olsun diləklərimizi çatdırırıq” ifadəsi yer alıb.



Seçilən
3
trt.net.tr

1Mənbələr