AZ

Miley öz nümayəndə heyətini BMT-nin iqlim konfransından geri çağırıb

Argentina hakimiyyəti Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) 29-cu Tərəflər Konfransında ölkə nümayəndə heyətinə onu tərk etməyi tapşırıb...

Poliqon xəbər verir ki, bu barədə Argentinanın “La Nacion” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Ekologiya Katibliyi tərəfindən konfransa göndərilən argentinalı mütəxəssislər konfransın ilk iki günündə iştirak ediblər, lakin sonra onlara tədbiri tərk etmək əmri verilib.

“Xarici İşlər Nazirliyi geri qayıtmaq üçün göstəriş verib”, deyə Ekologiya Katibliyindən nəşrə bildiriblər.

Xatırladaq ki, 2023-cü ilin dekabrında vəzifəsinin icrasına başlayan Argentina prezidenti Xavyer Miley dəfələrlə iqlim dəyişikliyinə insanın təsirinin sübuta yetirildiyinə inanmadığını bildirib və argentinalı diplomatlara davamlı inkişaf üçün BMT-nin 2030-cu il gündəliyinə dəstək verməsini qadağan edib.

Poliqon.info

Seçilən
9
26
poliqon.info

10Mənbələr